E-mail: [email protected]
Şəkidə abidəni qazıb xəzinə axtaranlar saxlanıldı- FOTO
İyunun 20-də Şəki rayon Polis Şöbəsinə Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları həmin yerə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Bu əməli törədənlərin rayon sakinləri - Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.
Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.
Qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.
Qeyd edək ki, saxlanılan şəxslər tarixi Alban kilsəsində xəzinə tapmaq üçün qazıntı işlərir aparırmış.