E-mail: [email protected]
Sabirabadda ata və yeniyetmə oğlu güllələnib
Sabirabadda ata və yeniyetmə oğlu güllələnib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.
Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.
Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb. Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına daha sonra Bakıya, Respublika Klinik Xəstəxanasına yola salınıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.