23 
iyn
2022
03:06
145

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Seldən sonra Goranboyda vəziyyət necədir? - VİDEO

23 iyn, 2022
03:06
12145

Güclü leysan yağışları səbəbindən Goranboy rayonunun dağ kəndlərindəki çaylarda suyun səviyyəsi yüksəlib, sel sular nəticəsində Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində bir çox fərdi yaşayış evlərinə və təsərrüfatlarına, əhalinin mal-qarasına və nəqliyyat vasitələrinə, iaşə və digər sosial obyektlərə ziyan dəyib.
Bu barədə Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Komissiyası dərhal sel-sularının fəsad törətdiyi ərazidə toplanıb, Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin inzibati binasında Operativ Qərargah yaradılıb. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri Komissiya üzvləri ilə birgə, zərər görmüş sakinlərlə görüşüb, fərdi yaşayış evlərinə baş çəkiblər.
Hazırda Komissiya tərəfindən, dəymiş ziyanın miqyasının  müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı operativ iş aparılır.
 

Bizimlə əlaqə saxlayın