25 
iyn
2022
10:51
100

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Balakəndə ağır yol qəzası baş verib, iki nəfər ölüb, beş nəfər yaralanıb

25 iyn, 2022
10:51
12100

Balakən rayonunda ağır yol qəzasında iki nəfər həlak olub, beş nəfər yaralanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi VAZ-2103 və K.Əhmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və üç sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın