27 
iyn
2022
12:58
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tovuzda evə ildırım düşdü - FOTOLAR

27 iyn, 2022
12:58
12110

ovuzda yağan yağışdan sonra rayon ərazisində vətəndaşa məxsus evə ildırım düşüb.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Eldəniz Quliyev küçəsi ikinci dalanda qeydə alınıb.
İldırım düşdükdən sonra rayon sakini Elnur Bağırova məxsus evin dam örtüyündə yanğın başlayıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və 15 nəfər canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Əraziyə təcili tibbi yardım briqadası da cəlb edilib.
Hadisə zamanı evdə heç kim olmayıb.(Qafqazinfo)

Bizimlə əlaqə saxlayın