27 
iyn
2022
16:00
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda 3 nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU - YENİLƏNİB

27 iyn, 2022
16:00
1299

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Turkdunyasi.az APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.
10-GV-746 dövlət nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb. Bu zaman “VAZ-2106” ilə “BMW” markalı maşın toqquşub. Zərbənin gücündən “VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb. “BMW”-nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.
 

Bizimlə əlaqə saxlayın