30 
iyn
2022
21:00
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Balakənli qadın uşaqları ilə birgə özünü binadan atıb - FOTO - YENİLƏNİB

30 iyn, 2022
21:00
966

Rusiyada uşaqları ilə birgə intihar edən ananın kimliyi məlum olub. 
Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən qadın Cənnət Çunayevadır. Onun ərinin adı isə Əlidir. 
Rusiyanın xəbər saytları intihar edən qadının Zaqatala rayonundan olduğunu yazsa da, bizim araşdırmalarımız nəticəsində məlum olub ki, onlar Balakən rayonunun Qaysa kəndindəndirlər. 

Bəzi iddialara görə, C.Çunayevanın psixi problemləri olub. Məhz bu səbəbdən qadın belə bir addım atıb. 

***
saat 18:20
Rusiyada iki azyaşlı övladı ilə birgə intihar edən anayla bağlı yeni faktlar məlum olub. 
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, intihar edən ana Azərbaycanın Zaqatala rayonundandır.
Onlar 6 il əvvəl Rusiyaya köçüblər. Ailənin başçısı xırda bizneslə məşğul olub, ana isə evdar xanım imiş.
Bir qədər əvvəl ailə üzvləri Rusiya vətəndaşlığı alıb. 
İntihar edən ana və övladlarının nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək və doğulduqları Zaqatala rayonunda torpağa tapşırılacaqlar. 
***
saat 15:52
Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı ailəsində dəhşətli faciə baş verib.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, şəhərin Dzerjinsk rayonunda 32 yaşlı qadın övladlarını və özünü 16-cı mərtəbədən yerə atıb. 
Şahidlərin sözlərinə görə, binanın çardağına çıxan qadın əvvəlcə uşaqlarını döyüb, sonra onları bir-bir binadan aşağı tullayıb. Ən sonda isə özünü yerə atıb. Onların hər üçü həyatını itirib.
Ehtimallara görə, hadisədən öncə o, əri ilə dava edib. Bununla bağlı qadının həyat yoldaşı şübhəli şəxs qismində bölməyə aparılıb. 
 
Balakənli qadın uşaqları ilə birgə özünü binadan atıb - FOTO  - YENİLƏNİBBalakənli qadın uşaqları ilə birgə özünü binadan atıb - FOTO  - YENİLƏNİB

Bizimlə əlaqə saxlayın