iyl
2022
10:56
104

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda “Prius” qəza törətdi: Beş nəfər xəsarət aldı - FOTO

6 iyl, 2022
10:56
9104

Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
99-JZ-249 dövlət nömrə nişanlı avtobus dayanacağda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99-DJ-615 dövlət nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili arxadan avtobusa dəyib.
“Daşıyıcı şirkətdən verilən məlumata əsasən qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb”, - məlumatda bildirilib.
TƏBİB-dən “Report”a verilən məlumata görə, 4 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın