iyl
2022
17:09
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəkidə işçi çalışdığı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib

6 iyl, 2022
17:09
9860

“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki Rayon Prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Şəki Rayon Prokurorluğunda aparılan araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

Bizimlə əlaqə saxlayın