E-mail: [email protected]
Yardımlıda DƏHŞƏT: balta ilə qadının başını iki yerə böldü
Yardımlıda qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 60 yaşlı Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 37 yaşlı Firqət Məstiyevin Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yardımlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.