iyl
2022
20:09
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Beyləqanda vəfat edən qadının qohumları ilə polis arasında İNSİDENT: Morqa hücum etdilər - AÇIQLAMA

7 iyl, 2022
20:09
1294

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı vəfat edən qadının qohumları ilə polis arasında insident yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı avtomobildəki qadın sərnişin həlak olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və onlar ekspert müayinəsindən keçirilməsi məqsədilə meyiti morqa aparıblar.
Lakin mərhumun qohumları meyitin ekspertizadan keçirilməsinə etiraz edərək morqun binasına girməyə çalışıblar.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bir qrup kənd sakini meyitin ekspertizadan keçirilməsinə etiraz əlaməti olaraq morq binasının önünə toplaşıblar:
“Həmin şəxslər polislərin, müstəntiqlərin və ekspertlərin işinə mane olublar. Tələb ediblər ki, meyit müayinədən keçirilmədən onlara təhvil verilsin. Sakinlərə dəfələrlə qanunun tələbləri izah olunub. Lakin onlar buna məhəl qoymadan morqun binasına girməyə cəhd göstəriblər. Kənd sakinləri xəbərdarlıqlara məhəl qoymadığı üçün polis tərəfindən havaya atəş açılıb. Bundan sonra həmin şəxslər sakitləşərək ərazini tərk ediblər.
Meyit ekspert müayinəsindən keçirilib. Qanuna uyğun sənədləşmə işləri tamamlandıqdan sonra ailə üzvlərinə təhvil verilib.
Sakinlərlə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bu kimi halları anlayışla qarşılamaları xahiş olunub”.

Bizimlə əlaqə saxlayın