iyl
2022
05:30
175

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda ağır QƏZA: 7 nəfər... - FOTO

9 iyl, 2022
05:30
9175

Bakı Dairəvi şossesində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral şossenin Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobili idarə edən Məmmədov Ramin Nofəl oğlu magistral yolda qəfil dayınıb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü 2002-ci il təvəllüdlü Cahangirli Nüsrət Şükrət oğlu qəfil dayanan avtomobilə çırpılıb.

N.Cahangirli sükana nəzarəti itirərək əvvəlcə “Toyota”-ya daha sonra beton yolayrıcına çırpılıb.
Qəza nəticəsində sürücülər Nüsrət Cahangirli, Ramin Məmmədov, sərnişinlər - 2004-cü il təvəllüdlü Platov Rəşad Bəxtiyar oğlu, 1966-ci il təvəllüdlü Dadaşov Caməllədin və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü Dadaşova Samirə ağır bədən xəsarətləri alıb.
Bundan başqa digər iki sərniş də xəsarət alıb. Ağır xəsarət alan beş yaralı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Avtotexniki ekspertiza təyin edilib.
Nurlan Əli
Bakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTOBakıda ağır  QƏZA:  7 nəfər... - FOTO

Bizimlə əlaqə saxlayın