iyl
2022
12:20
90

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Polisdən xüsusi ƏMƏLİYYAT: 52 nəfər saxlanıldı...

9 iyl, 2022
12:20
990

İyulun 8-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 23-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
 Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.    

 Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın