10 
iyl
2022
00:10
101

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Siyəzəndə beş nəfər hisə verilmiş balıqdan zəhərlənib, bir nəfər ölüb

10 iyl, 2022
00:10
9101

Siyəzəndə beş nəfər zəhərlənib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.
Digər şəxslərə zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın