10 
iyl
2022
00:20
103

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda yaşayış binasında YANĞIN

10 iyl, 2022
00:20
9103

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub.
 
Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
 
İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
 
Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın