23 
mar
2022
16:05
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda hesabı ödəməyən müştəri kafe sahibini bıçaqladı

23 mar, 2022
16:05
80

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.
APA xəbər verir ki, hadisə General Şıxlınski küçəsində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.
Kafe sahibi 1979-cu il təvəllüdlü Məmmədov Ramin Müsfər oğlu, hesabı ödəmədiyi üçün müştəri ilə mübahisə edib.
Tərəflər arasında mübahisə bundan sonra davaya keçib.
Bu zaman kafe sahibi R.Məmmədov bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın