E-mail: [email protected]
Gəncədə YPX-ƏMƏKDAŞI RÜŞVƏTXORLUĞA RƏVAC VERİR
Eldəniz Həsənovun "DİLƏNCİLƏRİ"Gəncə!
Turkdunyasi.az xəbər verir ki, YPX-əməkdaşları rüşvətxorluğa rəvac verməkdə hələdə davam edir. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibini dövlət məmurlarını və ələlxususda qanun işçilərini korrupsiyaya və digər neqotiv hallara qarşı mübarizəyə səsləsə də, bununla belə də bu məsələ hələdə öz həllini tapmayıb. Çünki, bu gündə bu çağırışa məhəl qoymayan elə qanun işçilərinin özləridir. Yəni qanunun keşiyində duran öz şərəfli vəzifəsini layiqincə yerinə yetirən namuslu məmurlarımızı bu siyahıya şamil etmirik. Ancaq sözümüz öz vəzifəsindən sui-istifadə edən ölkəmizn bu gərgin vəziyyətində öz mənafeyini hər şeydən üstün tutan qanun işçilərinədir. Gəncə Səhəri (2705) dairəsi adlandırılan ərazidə xidməti vəzifə daşıyan YPX-əməkdaşının əndazani aşaraq etdiyi qanunsuzluq bu məsələyə toxunmağımıza səbəb yaratdı, və bizdə sual doğurdu. Qanunun keşiyində, dayanıb nizam-intizam yaratmaq əvəzinə qanunu pozaraq "Kanal1.az" xəbər portalının Baş redaktoru Arzu Orucovdan açıq-aşkar şəkildə 99 YP 221 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi rüşvət tələb edib. Bəs görəsən bu çirkli pullar kimin və ya, kimlərin cibinə gedir. YPX əməkdaşlarına dövlətin ayırmış olduğu məvacib yetərincə olsada, belə bu cür acgöz məmurlar aldıqları əmək haqqı ilə kifayətlənməyib, öz var-dövlətlərini daha da artırmaq məqsədilə rüşvətxorluğa və digər neqotiv hallara yol verirlər. Bəs görəsən bu özbaşınalığa dur deyən tapılacaqmı?
Güman edirik ki, təqdim etdiyimiz bu faktlar bir nəticə verəcək və cənab general Ramiz Zeynalov yollarda mədəni "DİLƏNÇİ" liklə məşğul olan YPX əməkdaşlarının özbaşınalığına son qoyacaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mənbə: Kanal1.az