11 
iyl
2022
11:05
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncədə intihara cəhd: Beşinci mərtəbənin eyvanından özünü atmaq istədi

11 iyl, 2022
11:05
89110

Gəncə şəhərində intihara cəhdin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində bir nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. 
FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Bizimlə əlaqə saxlayın