11 
iyl
2022
11:10
93

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

11 iyl, 2022
11:10
993

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.
Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Yenisabah.az - ın əldə etdiyi məlumata görə qəza nəticəsində vəfat edən şəxs Dördlər kəndində yerləşən "Dördlər" şadlıq sarayının sahibinin oğludur.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın