11 
iyl
2022
11:54
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bayram günlərində yol qəzaları altı can aldı

11 iyl, 2022
11:54
1294

İyulun 9-da və 10-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 71-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən yeddisinin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb.    
Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Bizimlə əlaqə saxlayın