12 
iyl
2022
02:26
108

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Çay evində dava – 1 ÖLÜ, 2 YARALI - TƏFƏRRÜAT -FOTO

12 iyl, 2022
02:26
12108

Tovuzda kütləvi dava  zamanı bir nəfər qətlə yetrilib, 2 nəfər bıçaqlanıb.
Turkdunyasi.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetrilib. 1987-ci il təvəllüdlü Tağıyav Anar Mammed oğlu, 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu  isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 
Hadisənin təfərrüatlarına gəlincə, Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Soncu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb. 
Hazırda Vüsal və Anar polis nəzarətindədir.
 

Bizimlə əlaqə saxlayın