15 
iyl
2022
03:07
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gəncədə qonşular arasında kütləvi dava: Onları ayırmaq istəyən şəxs maşınla vuruldu

15 iyl, 2022
03:07
1283

Gəncədə kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, iki qonşu arasında dava düşüb.
Davaya müdaxilə etmək istəyən başqa şəxs qonşulardan birini döyüb.
Hadisə yerinə gələrkən həmin şəxs, qonşuları ayırmaq istəyən başqa adamı idarə etdiyi VAZ-2107 markalı avtomobillə vurub.
Xəsarət alanlardan biri qadın digəri isə kişidir.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Bizimlə əlaqə saxlayın