15 
iyl
2022
10:33
70

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qəzada xəsarət alan polis mayoru xəstəxanada öldü

15 iyl, 2022
10:33
1270

Bir müddət əvvəl Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan polis mayoru vəfat edib.
Turkdunyasi.az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi polis mayoru Qubat Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirmişdi. O, hadisə zamanı ağır xəsarətlər almışdı.

Bizimlə əlaqə saxlayın