17 
iyl
2022
10:31
102

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qatar deposunda yanğın -VİDEO

17 iyl, 2022
10:31
9102

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.
Biləcəri qəsəbəsində qatar deposunda yanğın

Bizimlə əlaqə saxlayın