18 
iyl
2022
13:14
88

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Gənc qızı şəkilləri ilə ŞANTAJ ETDİLƏR

18 iyl, 2022
13:14
988

Gənc qızın şəkillərdən istifadə edib, şantaj etdilər. 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.  

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın