E-mail: [email protected]
Şəkidə bir qəsəbədən 58 nəfər zəhərləndi - 38-i uşaqdır
Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.
Turkdunyasi.az APA-ya istinadən xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
TƏBİB-dən isə bildirilib ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbədə bir gündə 58 nəfər xəstəxanaya müraciət edib. Onların qarpızın zəhərləndiyi ehtimal olunur.
Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edən şəxslərdən 38-i uşaq, digərləri böyüklər olub.
Onların hər biri müayinə olunub və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.