24 
iyl
2022
19:17
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bərdədə üç azyaşlı piyadanı maşın vurub – FOTO

24 iyl, 2022
19:17
7577

Bərdədə yolu keçmək istəyən 3 azyaşlını maşın vurub.
APA xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakinləri 7 yaşlı Səfərov Vəli Füzuli oğlu, 14 yaşlı Səfərova Leyla Füzuli qızı və 6 yaşlı Məmmədov Ümüd Şakir oğlu yolu keçmək istəyən zaman onları Moskviç markalı minik avtomobili vurub.
Qəza nəticəsində hər 3 yaralı hadisə yerinə cəlb olunan təcili tibbi yardım maşını ilə Bərdə rayon Diaqnostika mərkəzinə çatdırılıblar. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın