25 
iyl
2022
13:25
110

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Narkotiki bankalara yığıb zirzəmidə saxlayan şəxs saxlanıldı - FOTO/VİDEO

25 iyl, 2022
13:25
7110

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində əvvəllər də eyni əmələ görə xarici ölkədə məhkumluq həyatı yaşayan Q.Namətov tutularaq istintaqa təhvil verilib. Onun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi və satış məqsədilə hazır şəkildə sellofan torbalarda, bankalarda, eləcə də kibrit qutularında qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 270 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın