27 
iyl
2022
15:40
119

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Son dəqiqə YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var

27 iyl, 2022
15:40
119

Ötən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 
Oxu.Az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı “BMW” markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.
Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a faktı təsdiq ediblər.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Bizimlə əlaqə saxlayın