28 
iyl
2022
00:46
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

28 iyl, 2022
00:46
779

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
“Köhlən atlar” bu raundda Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.
Evdə Slovakiyanın “Slovan” (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan “Ferentsvaroş”  səfərdə üç top fərqi ilə qalib gəlib - 4:1
III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.
Qeyd edək ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.

Bizimlə əlaqə saxlayın