29 
iyl
2022
01:10
115

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda biznesmen faciəvi şəkildə öldü - VİDEO

29 iyl, 2022
01:10
9115

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Turkdunyasi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.
 
Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.
 
Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.
 
Faktla bağlı araşdırma aparılır.
 

Bizimlə əlaqə saxlayın