avq
2022
11:43
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ANAMA-dan minaya düşən şəxslə bağlı AÇIQLAMA

2 avq, 2022
11:43
6573

Füzulidə minatəmizləmə şirkətinin əməkdaşı minaya düşüb.
 
Turkdunyasi.az xəbər verir ki, Bu barədə Modern.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, 2022-ci il 2 avqust tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən yerli minatəmizləmə şirkətinin əməkdaşı 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu Füzuli rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
 
İcra edilən Beynəlxalq Minatəmizləmə standartlarına əsasən yaxınlıqda olan bir neçə əməkdaş profilaktik müayinələr məqsədilə xəstəxanaya göndərilib.
 
Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın