apr
2022
16:11
87

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Əri tərəfindən döyülən 81 yaşlı qadının vəziyyəti AĞIRDI

8 apr, 2022
16:11
787

Ötən gün gecə saatlarında əri tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti ağır olaraq qalır.
 
Turkdunyasi.az Trend-ə istinadən xəbər verir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədov məlumat verib.
 
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun sözlərinə görə yaşlı qadın koma vəziyyətindən çıxsada, hazırda reanimasiya şöbəsində müalicəsi davam edir, vəziyyəti ağır olaraq qalır.
 
"7 Aprel 2022-ci il də saat 12:30 radələrində xəstəxanamıza Beyləqan rayonu 1-ci Şahsevən kənd sakini 1941-ci il təvəllüdlü Həsənova Dilarə Fərrux qızı xəsarət alaraq daxil olub. Müayinə zamanı xəstədə başın tüklü hissəsin, alın nahiyəsinin, hər iki əlin, çox saylı çapılmış, kəsilmiş yaraları və eyni zamanda qapalı kəllə beyin travma diaqnozu qoyulub. Xəstəyə təcili qaydada müvafiq tibbi yardım gösdərilmiş, yaraları, birinci cərrahi tikişlər, ətraflar gipsə qoyulub. Hazırda xəstənin ümumi vəziyyəti ağır stabildir. Diaqnostika şöbəsində müayinə müalicəsi davam etdirilir", - deyə həkim əlavə edib.
 
Qyed edək ki, 81 yaşlı Dilarə Həsənovanı ağır xəsarətlər yetirən əri, 1940-ci il təvəllüdlü Nuru Həsənov rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
 
Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri çəkliş aparılmasına razı olmasalar da, söhbət əsasında bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb. Ailə üzvləri baş verən hadisədən, yəni döyülərək xəstəxanalıq olan analarının və bu səbəbdən polis tərəfindən saxlanılan atalarına görə utandıqlarını və hansını müdafiə edəcəklərini bilmədiklərini deyiblər.
 
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın