avq
2022
22:39
77

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək həlak olub - YENİLƏNİB

5 avq, 2022
22:39
9577

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.
Baş Prokurorluqdan verilən xəbərə görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!”, - deyə məlumatda bildirilir.
Kəlbəcərdə Azərbaycan hərbçisi minaya düşərək  həlak olub  - YENİLƏNİB

Bizimlə əlaqə saxlayın