avq
2022
01:42
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Göyçayda avtomobil hasara çırpıldı, 3 nəfər xəsarət aldı

8 avq, 2022
01:42
960

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Turkdunyasi.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Süleymanlı Fəhmin Şahin oğlu “Naz Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Bu zaman maşın yoldan çıxaraq mal-qara fermasının hasarına çırpılıb.
Hadisə zamanı sürücü Fəhmin Süleymanlı və sərnişinlər - 1956-cı il təvəllüdlü Behbudova Südabə Nəsrəddin qızı, 1980-ci il təvəllüdlü Nuriyev Famil Rafiq oğlu xəsarət alıb.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın