apr
2022
09:54
109

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ucarda narkotacirlər tutuldu - FOTO

9 apr, 2022
09:54
7109

Ucarda narkotiklərin satışında şübhəli bilinən iki nəfər və oğurluqda şübhəli olan bir nəfər saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən xəbərə görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən iki rayon sakini saxlanılıb. Araşdırmalarla onların Səfər Əliyev və Mirqədir Qasımov olduqları müəyyən edilib.
 
Saxlanılan zaman S.Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin, M.Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq maddi sübut götürülüb.
 
Dindirilmə zamanı hər iki şəxs cinayət əməlləri etiraf ediblər.
 
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov da saxlanılıb.
 
Araşdırmalar zamanı həmin şəxsin gecə saatlarında obyektlərə qanunsuz daxil olduğu və zərərçəkmişlərə maddi ziyan vurduğu, cinayət yolu əldə etdiyi pulları isə xərclədiyi məlum olub.
 
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Hər üç şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar.

Bizimlə əlaqə saxlayın