apr
2022
21:46
113

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub

9 apr, 2022
21:46
12113

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.
O deyib ki, sosial şəbəkələrdə yayılaraq vətəndaşların haqlı narazılıqlarına səbəb olan və ictimai davranış qaydalarına zidd olan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb:
“Həyata keçirilən əməliyyat texniki tədbirlərlə görüntülərdəki şəxsin kimliyi müəyyən edilib. Daha sonra görülən tədbirlərlə həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini P.Rəşidov olması müəyyən edilib. Əmələ hüquqi qiymət verilməsi üçün tədbirlər davam etdirilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə paytaxt ərazisində qadına qarşı əxlaqsız hərəkətlər edən şəxsin videogörüntüləri yayılıb.

Bizimlə əlaqə saxlayın