apr
2022
21:59
94

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Maşını ilə keçmiş məhkumun qarşısında “AT OYNADAN” BIÇAQLANDI

9 apr, 2022
21:59
1194

Aprelin 8-i saat 23 radələrində Şəmkir rayonu ərazisində Samir Abdullayevin öldürülməsi barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Bakı-Qazax avtomobil magistral yolu ilə hərəkətdə olarkən Samir Abdullayev idarə etdiyi avtomobillə əvvəllər məhkum olunmuş Rasim Bağırovun idarə etdiyi avtomobilin qarşısında qəflətən manevr edib.
S.Abdullayevin bu hərəkəti mübahisəyə səbəb olub. R.Bağırov Samir Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Rasim Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın