19 
avq
2022
09:51
80

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Özünü yandıran qazinin durumu necədir? - AÇIQLAMA

19 avq, 2022
09:51
1280

Ötən gün özünü yandıran Vətən Müharibəsi iştirakçısı Təbriz Abdullayev Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib.
 
Turkdunyasi.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, T.Abdullayev hazırda həkim nəzarəti altındadır.
 
"Vətəndaş Təbriz Abdullayev 18.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub. Hazırda Reanimasiya şöbəsində həkim nəzarəti altındadır", - məlumatda deyilir.
 
Qeyd edək ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın