19 
avq
2022
22:43
72

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda tanınmış müğənni saxlanıldı, dispanserə yerləşdirildi – FOTO

19 avq, 2022
22:43
1672

Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb.



Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev öz şəxsi ” Facebook” səhifəsində məlumat verib.
O, bildirib ki, müğənni səhvini etiraf edib.
“Musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, etdiyi səhvi səmimi etiraf edib və təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.
Onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmaqla yanaşı, narkotik aludəçiliyi nəzərə alınaraq məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib”.
Əldə etdiyimiz məlumata görə, İlkin Çərkəzoğlunun ifaları “youtube” və “tiktok” sosial şəbəkələrində çox məşhurdur. Onun təkcə “youtube”də 348 min abunəsi var. Çərkəzoğlunun 2 həftə öncə yayımladığı “Aparır” mahnısında isə narkotik təbliğ olunub və mahnı qısa müddətdə “tiktok”da trendə çevrilib.

Bizimlə əlaqə saxlayın