28 
avq
2022
02:30
60

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hacıqabulda avtomobil dərəyə aşıb, ər-arvad xəsarət alıb

28 avq, 2022
02:30
1260

Hacıqabulda baş verən yol qəzasında ər-arvad xəsarət alıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində kənd sakinləri, 1984-cü il təvəllüdlü Abdinov İlham İbad oğlu və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Abdinova Gülnar Əmirxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın