30 
avq
2022
00:14
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

30 avq, 2022
00:14
1269

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Mollalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digərinin vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın