sen
2022
03:51
85

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Goranboyda güclü külək fəsadlar törətdi - FOTO/VİDEO

6 sen, 2022
03:51
9585

Goranboy rayonunda küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.
“Report”un məlumatına görə, təbii hadisə nəticəsində rayonun Balakürd kəndində iri gövdəli qovaq ağacı aşıb.
Ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolun təmizlənməsindən sonra avtomobillərin hərəkəti normallaşıb.
Küləkli hava şəraiti səbəbindən rayonun Məşədiqaralar, Boluslu kəndlərində və digər ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qeyd edək ki, hazırda Gəncə şəhərində və yaxın ətraf rayonlarda küləkli hava şəraiti müşahidə olunur.

Bizimlə əlaqə saxlayın