E-mail: [email protected]
Samux Rayon "Azərişıq" ASC-nin əməkdaşını cərəyan vurdu, öldü
Samux rayonda “Azərişığ”ın əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.
"Turkdunyasi".az Kanal1.az-a istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Samux rayon Azərişıq ASC-nin əməkdaşı Ruslan adlı şəxsi Samux rayon ərazisində elektirik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Mənbənin verdiyi məlumata ğörə mərhum Ruslan növbədən çıxan zaman (yəni işdən sonra) idarənin rəisi Şahinin göstərişi əsasında Trasformatördə iş görər kən bədbəxt hadisə baş verib. Bu hal isə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.
Qeyd edəki ki, hadisə ilə bağlı Azərişıq ASC-nin Samux rayon idarəsinin rəisi Şahin müəllimlə telefon əlaqəsi saxladıq. Şahin müəllim isə sözü gedən hadisə ilə bağlı yanımda adam var, sonra danışaraq deyib telefonu üzümüzə qapatdı.
Mövzunu diqqətdə saxlayacayıq.
Faktla bağlı araşdırma aparılır.