sen
2022
12:33
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bakıda MÖHTƏŞƏM ƏMƏLİYYAT: 60-dan çox tutulan var

8 sen, 2022
12:33
981

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 64 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Keçirilən tədbirlərlə paytaxtın rayonları üzrə 64 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib. Onlardan 48 nəfər barəsində cinayət, 14 nəfər barəsində inzibati icraat işi açılıb, iki nəfər haqda araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın