10 
apr
2022
16:56
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

10 apr, 2022
16:56
764

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik Cırdaxan kəndində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Xəlilova Rüxsarə Həsən qızı Əsrik Cırdaxan kənd xətti üzrə çalışan marşrut avtobusundan düşüb yolu qarşı tərəfə keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Bizimlə əlaqə saxlayın