19 
sen
2022
04:23
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Masallıda fərdi evdə yanğın olub - FOTO

19 sen, 2022
04:23
1259

Masallı rayonunda yaşayış evində yanğın olub.
"Report" xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Məmmədov Namiq Nadir oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə başlanan yanğın daha sonra ikinci mərtəbəyə də keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və üç texnikası cəlb olunub.
Yanğının birinci mərtəbəyə və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın