21 
sen
2022
09:50

108

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Bakıda çağırışa gedən təcili yardım briqadasına bıçaqla hücum olub

21 sen, 2022
09:50
9108
Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.
“Report”un məlumatına görə, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.
Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə məlumat verib.