23 
sen
2022
01:43
110
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Şəkidə sürücü yolu keçmək istəyən piyadanı vurdu
23 sen, 2022
01:43
12110
Şəkidə mikroavtobusun vurduğu 33 yaşlı piyada ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verib.
Yolu keçmək istəyən piyada - Şəki rayonu İnçə kənd sakini, 33 yaşlı Samir Kamil oğlu Abdullayev Şəki rayon sakini Cuma Şirinovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla vurulub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S.Abdullayev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.