24 
sen
2022
12:09
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu rayonda BÖYÜK ƏMƏLİYYAT: 22 nəfər saxlanıldı - FOTO

24 sen, 2022
12:09
975

Lənkəranda narkotiklərin dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikəri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayon sakini əvvəllər məhkum olunmuş Fizuli Kazımov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı ünvandan 4 kiloqram 370 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni satmaq məqsədilə xarici ölkədə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının son bir həftə ərzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 21 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. 
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu rayonda BÖYÜK ƏMƏLİYYAT:  22 nəfər saxlanıldı - FOTOBu rayonda BÖYÜK ƏMƏLİYYAT:  22 nəfər saxlanıldı - FOTO

Bizimlə əlaqə saxlayın